"8 Noyabr" stansiyası ilə bağlı görüntülərə aydınlıq gətirildi

"8 Noyabr" stansiyası ilə bağlı görüntülərə aydınlıq gətirildi
  18 May 2021    Oxunub:1779
"Əziz şəhidimizin səsi və "8 Noyabr" stansiyasının elan edilməsi ilə bağlı yayılmış videoməlumat həqiqəti əks etdirmir".
Azvision.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

"Reallıqda belə bir şey yoxdur. Həmin görüntülər və səs yazısı quraşdırma, montajdır", - deyə qurum rəsmisi vurğulayıb.

Qeyd edək ki, sosial şəbəkədə yeni səs yazısı yayılıb. Səs yazısında Bakı metrosunun "8 Noyabr" stansiyasının səsləndirilməsi zamanı Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin ifasında “Vətən yaxşıdır” mahnısı yer alıb.

Azvision.az


Teqlər: Bakı   Metro  





Xəbər lenti