62 yaşlı qadını boğub öldürən şəxs tutuldu

62 yaşlı qadını boğub öldürən şəxs tutuldu
  18 May 2021    Oxunub:1293
Ağstafa Rayon Polis Şöbəsinə mayın 16-da Köçəsgər kəndində yaşayan 62 yaşlı Çiçək Ələkbərovanın üzərində zorakılıq əlamətləri olan (boğma xarakterli) meyitinin evində tapılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla evdə xalçanın bir hissəsinin yanmış vəziyyətdə olması ilə evin yandırılmasına cəhd göstərilməsi müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Köçəsgər kənd sakini, əvvəllər məhkum olunmuş T.Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.


Azvision.az




Teqlər: DİN  





Xəbər lenti