Dünənki sıxlıqla bağlı yeni açıqlama: Cəmi 9 qatar var

Dünənki sıxlıqla bağlı yeni açıqlama:    Cəmi 9 qatar var
  18 May 2021    Oxunub:1786
“Azərbaycan Dəmir Yolları” QSC-nin "Stadler" şirkətinə məxsus 9 sərnişindaşıma qatarı var. Bu qatarlar həm regionlara, həm də Abşeron dairəsi üzrə hərəkət edir.
Bu barədə Azvision.az -a “Azərbaycan Dəmir Yolları” QSC mətbuat xidmətinin rəisi Natəvan Bayramova ötən gün Bakı-Xırdalan-Sumqayıt qatarında sərnişin sıxlığı ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

“Hazırda Bakı-Gəncə istiqamətində sərnişin qatarının fəaliyyəti dayandığı üçün həmin qatarlardan birini Bakı-Xırdalan-Sumqayıt istiqamətinə verdik. Bu, müvəqqətidir, gələcəkdə rayonlara reyslər açıldıqdan sonra məsələyə yenidən baxılacaq”, - deyə qurum rəsmisi bildirib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Dəmiryol   Qatar  





Xəbər lenti