Antiterror əməliyyatına hazırlıq barədə tapşırıqlar verildi

 Antiterror əməliyyatına hazırlıq barədə tapşırıqlar verildi
  18 May 2021    Oxunub:2743
Azərbaycan Ordusunun təlimləri davam edir. Növbəti mərhələdə Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin təlimlərin gedişi barədə maket üzərində məruzələrini dinləyib.
Müdafiə Nazirliyindən Azvision.az-a verilən məlumata görə, təlimlərdə anti-terror əməliyyatları ilə bağlı qərar, qoşunların döyüş tapşırıqları və qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkili dəqiqləşdirilib.

Məruzələr dinlənildikdən sonra ehtiyatların və mərkəzi tabelikdə olan qoşunların anti-terror əməliyyatına bilavasitə hazırlığı, yenidən qruplaşmanın keçirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verilib.



Azvision.az


Teqlər: Ordu   Təlim  





Xəbər lenti