“Qiymətlərə müdaxilə mümkün deyil” - Sektor müdiri

 “Qiymətlərə müdaxilə mümkün deyil” -  Sektor müdiri
  18 May 2021    Oxunub:1981
"Qəbələyə qatarla nə qədər turist gələcək, proqnozlar və bu kimi hesablamalar pandemiyanın tez müddətdə yekunlaşmasından, sərhədlərin açılmasından asılıdır".
Azvision.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Regional turizmin inkişafı sektorunun müdiri Elgün Cavadov deyib.

Sektor müdiri bildirib ki, hazırda statistik məlumatlarla bağlı dəqiq fikir bildirmək mümkün deyil. Onun sözlərinə görə, turizm sektoru sərbəst fəaliyyət sahəsi olduğundan qiymətlərə müdaxilə mümkün deyil:

"Bazar tələb və təklif əsasında öz-özünü tənzimləyir və dövlət tərəfindən müdaxilə nəzərdə tutulmayıb. Hər şey müştəri seçiminə əsaslanır".

Aytən Zəhra
Azvision.az


Teqlər: Turizm   Qəbələ  





Xəbər lenti