İstixanada narkotik yetişdirən şəxs saxlanıldı - FOTO

İstixanada narkotik yetişdirən şəxs saxlanıldı -    FOTO
  18 May 2021    Oxunub:1594
Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) Kür Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkarlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qaracaəmirli kənd sakini Nicat Hüseynova məxsus, fərdi yaşayış evinin həyətyanı sahəsindəki istixanadan xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkar edilərək götürülüb.



İstixanaya baxış zamanı oradan 31 ədəd, ümumi çəkisi 14 kq 850 qram olan, çətənə kolu aşkar olunub. Bundan başqa, N. Hüseynovun yaşadığı fərdi yaşayış evinin yardımçı tikilisindən qurudulması üçün sərilmiş, 30 ədəd, ümumi çəkisi 3 kq 750 qram olan çətənə kolu aşkarlanıb. Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub.



Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını şəxsi istifadə məqsədi ilə becərdiyini bildirsə də, digər xüsusatlar da istisna edilmir. Faktla RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti