Sabiq erməni nazir hava limanında həbs edildi

Sabiq erməni nazir hava limanında həbs edildi
  18 May 2021    Oxunub:1607
Ermənistan polisi keçmiş nəqliyyat və rabitə naziri, İrəvanın sabiq meri Qaqik Beqlaryanı hava limanında həbs edib.
Azvision.az xəbər verir ki, bu barədə polisin mətbuat xidməti məlumat yayıb.

Moskvadan İrəvana gələn sabiq nazir hava limanında əməliyyatçılar tərəfindən saxlanılıb.

Qeyd edək ki, Beqlaryan 2020-ci ilin martından bəri cinayət məcəlləsinin bir sıra maddələri ilə axtarışa verilib. O, külli miqdarda əmlak mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

Məlumata görə, Beqlaryan Ədliyyə Nazirliyinin "İrəvan" cəzaçəkmə müəssisəsinə aparılıb. Bundan əvvəl məhkəmə onu qiyabi həbs etdiyindən dərhal nəzarətə alınıb.

Keçmiş nazir 2018-ci ildə hakimiyyət dəyişikliyindən bir müddət sonra Ermənistanı tərk edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Nazir   Həbs  





Xəbər lenti