“Çiçəklənən Ermənistan”ın seçki siyahısındakı ilk üçlük

“Çiçəklənən Ermənistan”ın seçki siyahısındakı ilk üçlük
  18 May 2021    Oxunub:1287
"Çiçəklənən Ermənistan" partiyasının seçki siyahısında yer alan ilk üç nəfərin adı açıqlanıb.
Azvision.az xəbər verir ki, bu bu barədə partiyanın parlament fraksiyasının katibi Arman Abovyan “Facebook” hesabında yazıb.

Onun sözlərinə görə, siyahıya partiyanın lideri Qaqik Tsarukyan rəhbərlik edir. İkinci yerdə deputat Mikael Melkumyan, üçüncü sırada isə Tsarukyanın mətbuat katibi İveta Tonoyan gəlir.

Xatırladaq ki, Ermənistanda erkən parlament seçkiləri 20 iyun tarixində keçiriləcək. Müvafiq qərar mayın 10-da Ermənistan prezidenti Armen Sarkisyan tərəfindən imzalanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: QaqikTsarukyan  





Xəbər lenti