Moskvanın ABŞ-dan gözləntiləri var

 Moskvanın ABŞ-dan gözləntiləri var
  18 May 2021    Oxunub:1388
ABŞ-ın dövlət katibi Entoni Blinkenin Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə Vaşinqtonun iki ölkə arasındakı münasibətlərdə eskalasiyanı dayandırmağa hazır olduğunu təsdiqləyəcəyinə ümid edirik.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

"Ümid etmək istərdim ki, amerikalılar münasibətlərimizin normallaşmasına mane olan eskalasiyanı dayandırmağa və dialoqun dərinləşməsi üçün ən azı bəzi sahələri müəyyənləşdirməyə hazır olduqlarını bəyan edəcəklər”.

Moskva, Lavrov və Blinkenin Arktika Şurasının nazirlər iclası çərçivəsində həm ikitərəfli, həm də beynəlxalq gündəmi müzakirə edəcəklərini gözləyir. Arktika Şurasının nazirlər toplantısı bu həftə Reykyavikdə keçiriləcək. Bundan əvvəl Blinken ilə Lavrov arasında telefon danışığı olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: SergeyLavrov  





Xəbər lenti