“Qatarın məhz Qəbələyə çəkilməsi təsadüfi deyil” - AÇIQLAMA

 “Qatarın məhz Qəbələyə çəkilməsi təsadüfi deyil” -  AÇIQLAMA
  18 May 2021    Oxunub:1709
Ləki-Qəbələ birxətli dəmir yolunun açılışı regional turizm üçün önəmli hadisədir. Azərbaycan kimi coğrafi baxımdan kiçik olan ölkələrdə qatarla səyahət çox vacibdir.
Bunu Azvision.az -a açıqlamasında Dövlət Turizm Agentliyinin Regional Turizmin İnkişafı sektorunun müdiri Elgün Cavadov deyib.

Onun sözlərinə görə, Ləki qatarı Şəki-Zaqatala, Qəbələ-İsmayıllı regionunun turizm potensialının artırılması baxımından önəmlidir:

"Qəbələ həm daxili, həm də gəlmə turizm baxımından Azərbaycanın əsas turizm mərkəzlərindən hesab olunur. İlin bütün mövsümlərində Qəbələ turist cəlb edən yeganə rayonlardan biri hesab olunur. Çünki burada həm qış turizm növləri, həm də yayda turizm üçün yetəri qədər imkanlar var. Bu gün qatarın məhz Qəbələyə çəkilməsi təsadüfi deyil və olduqca vacibdir".

Aytən Zəhra
Azvision.az


Teqlər: Qəbələ   Qatar   Turizm  





Xəbər lenti