Dövlət Agentliyi: “Şuşa əsas turizm məkanı olacaq”

  Dövlət Agentliyi:  “Şuşa əsas turizm məkanı olacaq”
  18 May 2021    Oxunub:3263
İşğaldan azad olunmuş ərazilərdə potensial turizm marşrutlarının hazırlanmasına başlanılıb.
Bunu Azvision.az -a açıqlamasında Dövlət Turizm Agentliyinin Regional turizmin inkişafı sektorunun müdiri Elgün Cavadov bildirib.

Onun sözlərinə görə, hazırda araşdırmalar gedir: "İndi işğaldan azad edilmiş ərazilərdə dövlət qurumlarının infrastruktur əsaslı birgə qiymətləndirilməsi işləri aparılır. Düşünürük ki, ilkin qiymətləndirmələrdən sonra Dövlət Turizm Agentliyi olaraq yolların haradan keçəcəyi aydınlaşdıqdan, infrastruktur hazır olduqdan sonra biz öz qiymətləndirməmizi müəyyənləşdirəcəyik".

Qurum rəsmisi onu da deyib ki, Şuşa həm daxili, həm də xarici turizmdə əsas məkan olacaq:

"Şuşa ilə bağlı planlar çoxdur. Yaxın gələcəkdə ictimaiyyətə geniş açıqlamalar verəcəyik".

Aytən Zəhra
Azvision.az


Teqlər: Şuşa   Turizm  





Xəbər lenti