Onik Qasparyan Koçaryanın tərəfinə keçdi

 Onik Qasparyan Koçaryanın tərəfinə keçdi
  18 May 2021    Oxunub:2117
Ermənistan Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi Onik Qasparyan ikinci prezident Robert Koçaryanın seçki qərargahında təmsil olunur.
Azvision.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, Qasparyan Koçaryanın “Hayastan” seçki blokunun Tavuş regional bölməsində əsas idarəçilərdən biridir.

Xatırladaq ki, Onik Qasparyan baş nazir Nikol Paşinyanı istefaya çağıran bəyanatından sonra vəzifəsindən azad edilib. Onun istefaya göndərilməsi Ermənistanda böyük siyasi qalmaqala səbəb olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: OnikQasparyan  





Xəbər lenti