Bakı-Qəbələ qatarında gediş haqqı nə qədər olacaq?

 Bakı-Qəbələ qatarında gediş haqqı nə qədər olacaq?
  18 May 2021    Oxunub:3282
Bakı-Qəbələ qatarı pandemiya ilə əlaqədar hələlik sərnişinlərin istifadəsinə verilməyib.

Bunu Azvision.az -a açıqlamasında "Azərbaycanda Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nətavan Bayramova deyib. Onun sözlərinə görə, qatar istifadəyə tam hazırdır:
"Pandemiya ilə əlaqədar regionlararası və beynəlxalq sərnişin daşıma dayandırılıb. Buna görə Bakı-Qəbələ qatarı hələ sərnişinlərin istifadəsinə verilməyib".

N.Bayramova Bakı-Qəbələ qatarlarında sərnişin biletlərinin qiyməti barədə yaxın vaxtlarda məlumat veriləcəyini bildirib.

"Biletlərin qiymətləri hələ dəqiqləşməyib. Bu barədə həm rəsmi saytımızda, həm də sosial şəbəkələrdə ictimaiyyətə məlumat verəcəyik".

Aytən Zəhra
Azvision.az


Teqlər: Bakı   Qəbələ   Qatar  





Xəbər lenti