Şəkidə 1,5 ton narkotik məhv edilib

Şəkidə 1,5 ton narkotik məhv edilib
  18 May 2021    Oxunub:976
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Göynük kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, ümumi çəkisi 1 ton 500 kiloqram olan 17 880 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib..

Azvision.az



Teqlər: Narkotik  





Xəbər lenti