“Müraciət olsa, Bakı və İrəvana kömək edərik” - Rusiya XİN

 “Müraciət olsa, Bakı və İrəvana kömək edərik” -  Rusiya XİN
  18 May 2021    Oxunub:2284
Əgər hər iki dövlətdən müraciət daxil olarsa, Rusiya sərhəddəki gərginliyin nizamlanmasında Ermənistana və Azərbaycana kömək edəcək.

Azvision.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
“Tərəflərin bizə kömək, yardım və vasitəçilik üçün müraciət etməsi normal vəziyyətdir. Nəzərə almaq lazımdır ki, Rusiya xüsusən də 9 noyabr və 11 yanvar tarixli bəyanatları hazırlamaq kontekstində təcrübəyə sahibdir. Buna görə də, tərəflərdən birindən deyil, bütün iştirakçılardan - mən Azərbaycan və Ermənistanı nəzərdə tuturam -, müraciət daxil olsa, əlimizdən gələn köməyi göstərməyə hazır olacağıq", - nazir müavini deyib.

Bundan əlavə, Rudenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin xarici işlər nazirlərinin 19 may tarixində Düşənbədə Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi müzakirə edəcəyini söyləyib.

"Xarici işlər nazirləri gündəmdəki bütün məsələləri müzakirə etmək üçün Düşənbəyə toplanırlar. Bu məsələnin orada müzakirə ediləcəyini istisna etmirəm".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: AndreyRudenko   Rusiya  





Xəbər lenti