Ombudsmandan “İnsan Hüquqları Aylığı” ilə bağlı müraciət

Ombudsmandan “İnsan Hüquqları Aylığı” ilə bağlı müraciət
  18 May 2021    Oxunub:1033
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) “İnsan Hüquqları Aylığı”nın elan olunması ilə bağlı müraciət ünvanlayıb.
Azvision.az -ın məlumatına görə, müraciətdə deyilir:

“Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə ölkəmizdə insan hüquqları sahəsində ilk strateji dövlət sənədi olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilmişdir və ölkə başçısı cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən, hər il iyunun 18-i Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd olunur.

Bu əlamətdar gün ərəfəsində Ombudsmanın təşəbbüsü əsasında ənənəvi olaraq hər il 18 may – 18 iyun tarixlərində “İnsan Hüquqları Aylığı” elan olunur. Aylığın keçirilməsində məqsəd insan hüquqlarının müdafiəsi və təbliği sahəsində həyata keçirilən fəaliyyəti gücləndirmək, əldə olunmuş nailiyyətlər barədə ictimaiyyəti məlumatlandırmaq, mövcud problemlərin aradan qaldırılması ilə bağlı qarşıda duran vəzifələri müəyyən etmək, habelə əhalinin hüquq düşüncəsini və hüquq mədəniyyətini inkişaf etdirmək, ayrı-seçkiliyin yolverilməzliyininin zəruriliyini diqqətə çatdırmaqdır.

Aidiyyəti dövlət qurumlarının, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, elm-təhsil müəssisələrinin, vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin də qoşulduğu aylıq çərçivəsində insan hüquqlarının təmini və təbliği istiqamətində silsilə tədbirlər həyata keçirilir”.

Azvision.az



Teqlər: Ombudsman  





Xəbər lenti