Arutyunyanın həbsi Ermənistanda etiraz doğurdu

 Arutyunyanın həbsi Ermənistanda etiraz doğurdu
  18 May 2021    Oxunub:1803
Dünən Ermənistanın 73 yaşlı keçmiş baş naziri Xosrov Arutyunyanın polis tərəfindən zorla saxlanılması erməni cəmiyyətində narazılıq yaradıb.
Azvision.az xəbər verir ki, erməni vəkil Tiqran Atanesyan polisin vaxtilə ölkənin rəhbərlərindən biri olmuş Arutyunyana qarşı zorakılıq nümayiş etdirməsini kəskin şəkildə qınayıb.

"Sözlərimi yadınızda saxlayın, gün gələcək, küçədə polis rəisi Vahe Kazaryanın üzünə tüpürəcəklər. Buna görə əsəbiləşəndə, onun keçmiş mövqeyini xatırladılacaqlar. Kazaryana 73 yaşlı kişinin saxlanılması ilə bağlı tabeliyində olan polislərə verdiyi əmr, məlum videogörüntülər göstəriləcək".

Xatırladaq ki, dünən Ermənistanın keçmiş baş naziri Xosrov Arutyunyan İrəvanın Azadlıq meydanında saxlanılarkən zorakılıqla üzləşib. Onun hansı səbəbdən tutulması açıqlanmayıb.

Tural Tağıyev
Azvision.az


Teqlər: Polis   Vəkil   Ermənistan  





Xəbər lenti