Qəzza zolağından İsrailə daha 90 raket atıldı

Qəzza zolağından İsrailə daha 90 raket atıldı
  18 May 2021    Oxunub:1676
Qəzza zolağından İsrail ərazisinə daha 90-a yaxın raket atılıb.
Azvision.az xəbər verir ki, bu barədə İsrail Hərbi Hava Qüvvələrinin “Twitter” səhifəsində məlumat yayılıb.

Qeyd edilib ki, raketlərdən 20-si Qəzza zolağına düşüb. İsrailin hava hücumundan müdafiə sistemləri onlarla raketin düşməsinin qarşısını alıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Qəzza   İsrail  





Xəbər lenti