ÜST: Son sutkada yoluxma sayı 589 mindən çox artıb
Bildirilib ki, ötən sutka ərzində 589 min 677 nəfər koronavirusa yoluxub, 11 min 127 pasiyent dünyasını dəyişib. Virusa yoluxanların ümumi sayı 162 milyon 773 min 940, ölənlərin isə 3 milyon 375 min 573 nəfərə çatıb.
Qeyd edək ki, ÜST-ün hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.
Azvision.az
Teqlər: Koronavirus Pandemiya