Hindistanda COVID fırtınası: Yoluxma sayı 25 milyonu ötdü

Hindistanda COVID fırtınası:  Yoluxma sayı 25 milyonu ötdü
  18 May 2021    Oxunub:1822
Hindistanda son sutka ərzində 263 533 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, ölkədə COVID-19 xəstələrinin sayı 25,2 milyonu ötüb.

Gün ərzində koronavirusdan daha 4329 nəfər ölüb. Pandemiya qurbanlarının ümumi sayı 278 719 nəfərdir. Bu günə qədər Hindistanda 21,5 milyondan çox insan virusdan sağalıb.

Bundan əvvəl Hindistanın baş naziri Narendra Modi ölkədə "koronavirus fırtınası"nın müşahidə olunduğunu bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19  





Xəbər lenti