Ermənistanın keçmiş baş naziri saxlanıldı - VİDEO

Ermənistanın keçmiş baş naziri saxlanıldı -  VİDEO
  18 May 2021    Oxunub:2977
Ermənistanın keçmiş baş naziri Xosrov Arutyunyan saxlanılıb.

Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Bildirilib ki, polislər Arutyunyanı İrəvanın Azadlıq meydanında saxlayıblar. Onun hansı səbəbdən tutulması açıqlanmayıb. Polis əməkdaşları saxlanılan zaman sabiq baş nazirə zor tətbiq ediblər.
Qeyd edək ki, Xosrov Arutyunyan 1992-93-cü illərdə Ermənistanın baş naziri vəzifəsində çalışıb. 1996-1998-ci illərdə baş nazirin müşaviri olub. O, daha sonra deputat və parlamentin spikeri kimi fəaliyyətini davam etdirib.



Tural Tağıyev
Azvision.az


Teqlər: Baş-nazir   Ermənistan  





Xəbər lenti