Bu gündən "Sputnik V"nin tətbiqinə başlanılır

   Bu gündən "Sputnik V"nin tətbiqinə başlanılır
  18 May 2021    Oxunub:2663
Bu gündən Azərbaycanda COVID-19 əleyhinə Rusiya istehsalı olan "Sputnik V” peyvəndinin tətbiqinə başlanılır.
Azvision.az xəbər verir ki, 18 yaşından yuxarı olan və əks göstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər.

"Sputnik V" vaksini vurdurmaq istəyən vətəndaşlar Azadlıq prospekti, 112 ünvanında yerləşən Bakı Sağlamlıq Mərkəzinə müraciət etməlidirlər.

Qeyd edək ki, "Sputnik V” vaksini artıq dünyanın 65 ölkəsi tərəfindən tanınıb.

Azvision.az



Teqlər: Rusiya   Peyvənd  





Xəbər lenti