“Dmanisidə sabitlikdir, mübahisə başa çatıb” - Nazir

   “Dmanisidə sabitlikdir, mübahisə başa çatıb” -    Nazir
  18 May 2021    Oxunub:1677
Dmanisidə baş vermiş insidentlə əlaqədar istintaq davam edir. Qarşıdurma ilə bağlı hələlik heç kim həbs olunmayıb.
Azvision.az xəbər verir ki, bunu Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri deyib.

Nazir bildirib ki, qarşıdurmada iştirak edən bir neçə nəfər hazırda polis bölməsində saxlanılır, onlar dindiriləndən sonra sərbəst buraxılacaq.

V.Qomelaurin sözlərinə görə, artıq tərəflər arasında mübahisə başa çatıb, barışıq əldə olunub: “Bununla belə, əlavə polis qüvvələri gecə vaxtı Dmanisidə qalacaq”.

Xatırladaq ki, ötən gün Gürcüstanın Dmanisi rayonunda azərbaycanlıların yaşadığı ərazidə kütləvi dava baş verib.

Azvision.az


Teqlər: Gürcüstan   Dmanisi  





Xəbər lenti