Rusiyada helikopter qəzası: Ölən və yaralılar var

Rusiyada helikopter qəzası:    Ölən və yaralılar var
  18 May 2021    Oxunub:2534
Rusiyada helikopter qəzası baş verib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, hadisə Arxangelsk əyalətində qeydə alınıb.

Məlumata görə, Vaskovo hava limanından səmaya qalxan “Robinson” tipli helikopter Mudyuq adasında yerə düşüb. Qəza nəticəsində 1 nəfər həlak olub, 2 nəfər xəsarət alıb, daha 1 nəfər isə itkin düşüb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Rusiya   Helikopter   Qəza  





Xəbər lenti