Dmanisidə barışıq əldə edildi

 Dmanisidə barışıq əldə edildi
  18 May 2021    Oxunub:3442
Dmanisidə iki gündür davam edən qarşıdurma barışıqla sona çatıb.

Azvision.az xəbər verir ki, ölkənin daxili işlər naziri, hökumət nümayəndələri və din xadimlərinin iştirakı ilə tərəflər arasında barışıq əldə edilib.
Tərəflər məişət zəminində yaranmış problemi dialoq yolu ilə həll etmək qərarına gəliblər.

Xatırladaq ki, ötən gün Gürcüstanın Dmanisi rayonunda azərbaycanlıların yaşadığı ərazidə kütləvi dava baş verib.

Azvision.az


Teqlər: Dmanisi   Gürcüstan  





Xəbər lenti