Daha 515 nəfər koronavirusdan sağaldı

   Daha 515 nəfər koronavirusdan sağaldı
  17 May 2021    Oxunub:2325
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 426 yeni yoluxma faktı qeydə alınıb, 515 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 330 269 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 315 415 nəfər müalicə olunaraq sağalıb, 4 792 nəfər vəfat edib. 10 062 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 877, bu günə qədər isə ümumilikdə 3 392 930 test icra olunub.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti