İqtisadiyyata investisiya qoyuluşu azalıb

İqtisadiyyata investisiya qoyuluşu azalıb
  17 May 2021    Oxunub:2067
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda əsas kapitala 3 752,8 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 8,7 % az vəsait yönəldilib.
Azvision.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə neft-qaz sektoruna investisiyalar 0,7%, qeyri-neft-qaz sektoruna investisiyalar isə 15,2% azalıb. İstifadə olunmuş vəsaitin 2 722,5 milyon manatı və yaxud 72,5%-i məhsul istehsalı sahələrinə, 726,3 milyon manatı və yaxud 19,4%-i xidmət sahələrinə, 304 milyon manatı və yaxud 8,1%-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 2 132,6 milyon manatını və yaxud 56,8%-ni daxili vəsaitlər təşkil edib, 2 722,9 milyon manatı və yaxud 72,6%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 64,7%, büdcə vəsaitləri 15,6%, bank kreditləri 6,8%, əhalinin şəxsi vəsaitləri 7,2%, sair vəsaitlər isə 5,7% paya malik olub.

Azvision.az



Teqlər: İqtisadiyyat  





Xəbər lenti