Bakının mobilliyinin inkişaf strategiyası layihəsi hazırlanıb

Bakının mobilliyinin inkişaf strategiyası layihəsi hazırlanıb
  17 May 2021    Oxunub:2990
Bakı Nəqliyyat Agentliyi paytaxt yollarında hərəkətin təhlükəsizliyini təmin etmək üçün digər dövlət qurumları ilə birgə işlər həyata keçirir.
Azvision.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

Agentlik sədri bildirib ki, işlərin əsas məqsədi piyadalaşmanın təmin edilməsidir: "Hədəfimiz şəxsi nəqliyyat vasitələrindən maksimum az istifadə edilməsini təşviq etməkdir. Yol infrastrukturunda layihələndirmə işləri bunun bir hissəsidir. Şəhərin mobilliyinin inkişafı, piyada zonalarının genişləndirilməsi və alternativ nəqliyyat növlərinin inkişafı ilə piyadalar üçün daha rahat, təhlükəsiz səyahət imkanlarının yaradılması bizim əsas strateji məqsədimizdir. Bu istiqamətdə 2030-cu ilə qədər Bakının mobilliyinin inkişaf strategiyası layihəsi hazırlanıb”.

Aytən Zəhra
Azvision.az


Teqlər: BNA   Bakı   Yol  





Xəbər lenti