İsraildə sinaqoqun tribunası çöküb: 2 ölü, 219 yaralı - (YENİLƏNİB)

İsraildə sinaqoqun tribunası çöküb:  2 ölü, 219 yaralı - (YENİLƏNİB)
  17 May 2021    Oxunub:5898
İsrailin Givat Zeev şəhərində sinaqoqun tribunasının çökməsi nəticəsində xəsarət alanların sayı 219 nəfərə çatıb.

Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan 15-nin vəziyyətinin ağır olduğu bildirilir. Hadisə zamanı 2 nəfər həlak olub.
***
İsrailin Givat-Zeev şəhərində sinaqoqun tribunasının çökməsi nəticəsində xəsarət alanların sayı 167 nəfərə çatıb.

Azvision.az xəbər verir ki, bu barədə “Maqen David Adom” təcili yardım xidməti məlumat yayıb.

Bildirilib ki, yaralılardan 5-nin vəziyyəti ağırdır.
***
İsrailin Givat-Zeev şəhərindəki sinaqoqda Şavout bayramı münasibətilə keçirilən mərasimdə tribunanın çökməsi nəticəsində iki nəfər həlak olub.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir i, hadisə zamanı azı 132 nəfər xəsarət alıb. Yaralılardan bir neçəsinin vəziyyəti ağırdır. Ölü sayının artacağı istisna edilmir.

***
(21:28)

İsrailin Givat-Zeev yaşayış məntəqəsində sinaqoqun tribunası çöküb. Hadisə nəticəsində bir nəfərin həlak olduğu deyilir.

Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Magen David Adom (MDA) təcili tibbi yardım xidmətinin işçiləri məlumat yayıblar.

"Saat 19:14-də Qüdsün bir rayonundakı sinaqoqda onlarla adamın olduğu tribunanın çökməsi barədə Təcili Yardım xidmətinə məlumat daxil olub", - Tibb işçiləri deyiblər



KAN telekanalının yaydığı məlumata görə, hadisə zamanı 60 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hazırda 10 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Dini mərasim zamanı sinaqoqda 600-dən çox insanın olduğu bildirilir.

Azvision.az


Teqlər: İsrail   Sinaqoq  





Xəbər lenti