Şəmkirdə yol polisi reyd keçirdi

Şəmkirdə yol polisi reyd keçirdi
  16 May 2021    Oxunub:2871
Şəmkir Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları rayonun küçə və prospektlərində dayanma-durma qaydalarına düzgün riayət olunması ilə əlaqədar tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Azvision.az -a bildirilib ki, yol polisi əməkdaşları rayonun müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə maarifləndirici söhbətlər aparıblar.

Dayanma-durma qaydalarını kobud şəkildə pozan avtomobillərin sahibləri barəsində inzibati protokollar tərtib olunub.

Azvision.az



Teqlər: DİN   Şəmkir   Reyd  





Xəbər lenti