Üçüncü Avropa Oyunlarına daha bir idman növü daxil edilib

Üçüncü Avropa Oyunlarına daha bir idman növü daxil edilib
  16 May 2021    Oxunub:2408
Basketbol 3x3 idman növü 2023-сü ildə Polşanın Krakov və Malopolye şəhərlərində keçiriləcək III Avropa Oyunlarının proqramına daxil edilib.
Azvision.az Avropa Olimpiya Komitələrinin (AOK) saytına istinadla xəbər verir ki, əvvəlki yarışlarda olduğu kimi, üçüncü Avropa Oyunlarında da həm qadınların, həm də kişilərin yarışlarında 16 komanda olmaqla, ümumilikdə 128 oyunçu mübarizə aparacaq.

Qeyd edək ki, “Bakı-2015” və “Minsk-2019” Avropa Oyunlarında ardıcıl olaraq Rusiyanın kişilərdən ibarət komandası birinci yeri tutub. Qadınların yarışında isə müvafiq olaraq Fransa və Estoniya komandaları çempion olublar.

Üçüncü Avropa Oyunlarının proqramına basketbol 3x3 ilə yanaşı, oxatma, badminton, çimərlik həndbolu, boks, kanoe, velosiped idmanı, karate, müasir beşnövçülük, tayboks, atıcılıq, idman dırmanması, taekvondo, triatlon növləri daxildir.

Xatırladaq ki, birinci Avropa Oyunlarına 2015-ci ildə Bakı, ikinci Avropa Oyunlarına 2019-cu ildə Minsk ev sahibliyi edib.

Azvision.az


Teqlər: İdman  





Xəbər lenti