Daşnaklar Azərbaycana qarşı təxribat hazırlayır
Azvision.az xəbər verir ki, "Daşnaksütyun"un Ermənistan bürosunun bu gün yaydığı bəyanatda ölkəmizə qarşı təxribatçı çağırışlar yer alıb.
"Daşnaksütyun" olaraq dünyanın müxtəlif ölkələrində bütün imkanlarımızı Azərbaycana təzyiq göstərmək üçün səfərbər etməyə başlayırıq. Eyni zamanda, vətəndaşların təhlükəsizliyini öz təşəbbüsümüzlə, təşkilatlanmaqla müdafiə etməyə hazırlaşırıq",- deyə sözügedən bəyanatda bildirilib.
Qeyd edək ki, sosial mediada ermənilər bunu 90-cı illərin əvvəllərində "Daşnaksütyun"un güc yolu ilə siyasi proseslərə müdaxilə etməsi ilə müqayisə edirlər. Yeni çağırışları terror təhdidləri kimi qiymətləndirənlər də var.
Tural Tağıyev
Azvision.az
Teqlər: Daşnaksütyun