Daha 5 qazimiz sağalaraq Vətənə döndü - FOTO

  16 May 2021    Oxunub :2067
 Daha 5 qazimiz sağalaraq Vətənə döndü -  FOTO
Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 5 qazimiz sağalaraq Vətənə geri dönüb.
Azvision.az xəbər verir ki, qazilərimiz Cəfərov Namiq Fərhad oğlunun, Atakişiyev Yusif Fariz oğlunun, Kazımov Kənan Çinar oğlunun, Əlizadə Şəhriyar Mirağa oğlunun və Ələkbərov İlkin Elçin oğlunun Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.

Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.



"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 64 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Allah qazilərimizə şəfa versin!

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.



Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.









Anar Kəlbiyev
Azvision.az

Teqlər: YAŞAT   Fond   Qazi   Türkiyə   Müalicə