Sahibə Qafarova deputatlarla İtaliyaya gedir
Səfər çərçivəsində Milli Məclisin Sədri İtaliya parlamentinin hər iki palatasının sədrləri və ölkənin xarici işlər naziri ilə görüşəcək, parlamentlərarası əlaqələrimizin bu günü və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparacaq.
Nümayəndə heyətimizin İtaliya parlamentindəki dostluq qrupunun və İtaliya-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri ilə görüşləri nəzərdə tutulub.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Milli-Məclis Spiker SahibəQafarova Deputat Səfər İtaliya