Dünya şöhrətli fotoqrafdan “Xarıbülbül” festivalı ilə bağlı paylaşım - FOTOLAR

 Dünya şöhrətli fotoqrafdan “Xarıbülbül” festivalı ilə bağlı paylaşım -    FOTOLAR
  16 May 2021    Oxunub:3550
Tanınmış fotoqraf Reza Deqati “Facebook” hesabında Şuşada keçirilən "Xarıbülbül" festivalı ilə bağlı paylaşım edib.
Azvision.az -ın məlumatına görə, fotoqraf festivaldan görüntülər paylaşaraq bu sözləri yazıb:

"Şuşa, Qarabağ, Azərbaycan... "Xarıbülbül" Musiqi Festivalı. Şuşa Azərbaycanın mədəni ürəyidir. Bir çox azərbaycanlı musiqiçi və sənətkar bu şəhərdəndir. Onların evləri, muzeyləri, sarayları 1992-ci ildən 2020-ci ilə qədər şəhəri işğal etmiş ermənilər tərəfindən dağıdılıb. Festival burada iki gün ardıcıl çıxış edən Azərbaycan sənətçilərini birləşdirdi".







Azvision.az


Teqlər: Xarıbülbül   Festival   Şuşa  





Xəbər lenti