Bakıda taksi sürücüsü qarət edildi

Bakıda taksi sürücüsü qarət edildi
  16 May 2021    Oxunub:2919
Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsinə müraciət edən Bakı şəhər sakini S.Vəliyev mayın 14-də saat 23 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində idarə etdiyi “Opel” markalı avtomobildə sərnişininin onu bıçaqla hədələyərək 12 manat məbləğində pulunu, mobil telefonunu və içərisində sənəd olan pulqabısını taladığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, quldurluq əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini F.Həsənov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb.

Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti