Zalkaliani Ukraynaya rəsmi səfərə gedir

Zalkaliani Ukraynaya rəsmi səfərə gedir
  16 May 2021    Oxunub:2247
Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani 16-17 may tarixlərində Kiyevdə rəsmi səfərdə olacaq.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan XİN məlumat yayıb.

Zalkaliani Ukraynanın qanunverici və icra hakimiyyəti orqanlarının nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək. Danışıqlar zamanı müxtəlif sahələrdə Gürcüstan-Ukrayna əməkdaşlığının perspektivləri, regional təhlükəsizlik məsələləri, ümumi çağırışlar, həmçinin "Şərq Tərəfdaşlığı" proqramının gələcək sammitinə hazırlıq məsələləri müzakirə ediləcək.

Nazir Gürcüstan, Moldova və Ukrayna xarici işlər nazirlərinin Avropa İttifaqı ilə siyasi dialoqun aparılması, iqtisadi və struktur inteqrasiyanın gücləndirilməsi kontekstində keçiriləcək iclasında da iştirak edəcək.

Qeyd edək ki, aprelin sonunda Zalkaliani Rumıniyada Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Səfər  





Xəbər lenti