Qəzza zolağından İsrailə 2900 raket atılıb

Qəzza zolağından İsrailə 2900 raket atılıb
  16 May 2021    Oxunub:1554
Qəzza zolağından İsrail ərazisinə təxminən 2900 raket atııb, onlardan 1150-si raketdən müdafiə sistemi tərəfindən tutulub.
Azvision.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

"Eskalasiya başlayandan bu günə qədər fələstinli qruplar tərəfindən Qəzza zolağından İsrailə 2900 raket atılıb. Onlardan 1150-si tutulub, 450 raket isə Qəzzanın özünə düşüb", - açıqlamada vurğulanıb.

İsrail- Fələstin arasındakı vəziyyət 10 may tarixində kəskinləşib. Son məlumata görə, İsraildə səkkiz mülki şəxs və bir əsgər öldürülüb. İsrailin hava hücumlarında ölən fələstinlilərin sayı 47-i uşaq olmaqla 174 nəfərə çatıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qəzza   Fələstin   İsrail  





Xəbər lenti