Ölkəyə mobil telefonların idxalı artıb

Ölkəyə mobil telefonların idxalı artıb
  16 May 2021    Oxunub:1945
Bu ilin mart ayında Azərbaycana 184 919 ədəd mobil və ya başqa simsiz rabitə şəbəkəsi üçün telefon aparatları idxal olunub.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, fevral ayı ilə müqayisədə martda idxal 23,1% artıb.Martda idxal olunan məhsulların dəyəri 27 649,4 min ABŞ dolları təşkil edib ki, bu da fevral ayının göstəricisini 15% üstələyir.

Həmçinin bildirilib ki, ümumilikdə, cari ilin yanvar-mart aylarında ölkəyə 483 621 ədəd mobil qurğu idxal olunub. Bu ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 72,6% çoxdur. Qeyd olunan müddətdə idxal olunan məhsulların dəyəri 75 144,6 min dollar təşkil edib ki, buda 2020-ci ilin ilk rübünün göstəricisini 98,5% üstələyir.

Azvision.az


Teqlər: DSK  





Xəbər lenti