Almaniya XİN İsrailin müdafiəsinə qalxdı

Almaniya XİN İsrailin müdafiəsinə qalxdı
  16 May 2021    Oxunub:2222
Almaniyanın xarici işlər naziri Hayko Maas İsrailin "HƏMAS"ın raket hücumlarından qorunma hüququndan yararlandığını deyib.
Azvision.az -ın məlumatına görə, XİN rəhbəri İsrail-Fələstin qarşıdurması barədə açıqlamasında bildirib ki, rəsmi Tel-Əviv xalqı raket terrorundan qorumaq üçün özünümüdafiə hüququndan istifadə edir.

Nazirin sözlərinə görə, raket terroru dərhal dayandırılmalıdır: "Zorakılığa son qoymaq və İsrail ilə Fələstin arasında etibar yaratmaq, iki dövlətin birgəyaşayışına əsaslanan bir həll tapmağa yönəlmiş konkret addımlar barədə danışıqlara qayıtmaq lazımdır".

Tural Tağıyev
Azvision.az


Teqlər: Almaniya   İsrail   Raket  





Xəbər lenti