İsrail “HƏMAS” liderlərinin evlərinə zərbələr endirdi

 İsrail “HƏMAS” liderlərinin evlərinə zərbələr endirdi
  16 May 2021    Oxunub:2572
İsrail qırıcıları gecə saatlarında "HƏMAS" hərəkatının liderlərinin evləri də daxil olmaqla Qəzza zolağında 90-dan çox hədəfi vurub.
Azvision.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

"Hücum edilən hədəflər arasında Qəzza zolağındakı "HƏMAS" siyasi bürosunun sədri Yahya Sinvarın və onun Xan-Yunisdəki təşkilatı təmin etməkdən məsul olan qardaşı Məhəmməd Sinvarın evləri də olub",- deyə məlumatda bildirilib.

Tural Tağıyev
Azvision.az


Teqlər: İsrail   HƏMAS   Qəzza  





Xəbər lenti