Paşinyanın ailəsi ABŞ-a sığınır: Gizli şəkildə vətəndaşlıq alıblar

 Paşinyanın ailəsi ABŞ-a sığınır:  Gizli şəkildə vətəndaşlıq alıblar
  16 May 2021    Oxunub:10171
Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın ailəsi yenidən KİV-in tənqidinə tuş gəlib.

Azvision.az xəbər verir ki, bu dəfə Paşinyanın həyat yoldaşı Anna Akobyan medianın hədəfinə çevrilib. Erməni saytlarının yaydığı xəbərə görə, Akobyan yaxın günlərdə gizli şəkildə ABŞ-a gedəcək:
"Məlumatı və səfərin detallarını gizli saxlamağa çalışırlar. Akobyanın budəfəki Amerika səfəri erməni icması ilə təmaslara hesablanmayıb. O, sorosçular, yəhudi və hətta Suriya icmaları ilə görüşlər keçirəcək, onların ölkəsi ilə bağlı gələcək planlarını öyrənəcək. Bundan əlavə, mənbəmiz Akobyanın ABŞ-da bir malikanə almasını da söyləyib. Hətta onun, eyni zamanda başqa bir adla Amerika vətəndaşlığını əldə etməsi də deyilir. Mənbəmizin verdiyi məlumata görə, Akobyan övladları üçün də vətəndaşlıq alıb. Lakin onların öz adları ilə, yaxud da, anası kimi başqa bir kimliklə buna nail olmasını öyrənə bilmədik".

KİV iddia edir ki, hadisələrin hazırkı gedişatı nəzərə alınsa, Paşinyan ailəsi onlar üçün ən azı ciddi baş ağrısına çevrilən Ermənistandakı daxili siyasi vəziyyət, Qarabağ və sərhəd məsələlərinin gərginliklərindən uzaq qalmaq üçün dinc və etibarlı gələcəyə hazırlaşır.

Xatırladaq ki, qışda da erməni mediası Anna Akobyanın ailəsi ilə Moskvaya gizli gedərək istirahət etməsi barədə xəbər yaymışdı. Sonradan məlumatın doğruluğu üzə çıxmışdı.

Tural Tağıyev
Azvision.az


Teqlər: Akopyan   ABŞ  





Xəbər lenti