“Ermənistandakı vəziyyətdən çıxış yolu görmürəm” - Kolerov

 “Ermənistandakı vəziyyətdən çıxış yolu görmürəm”  -  Kolerov
  16 May 2021    Oxunub:2746
“Regnum” xəbər agentliyinin baş redaktoru, Rusiyanın birinci dərəcəli dövlət müşaviri Modest Kolerov Ermənistandakı siyasi vəziyyəti şərh edib.

Azvision.az xəbər verir ki, o, erməni mediasına verdiyi açıqlamada seçkilərin ölkədəki vəziyyəti dəyişməyəcəyini proqnozlaşdırıb:
"Seçkilər heç nəyi dəyişməyəcək. Hazırda baş verən bütün hadisələrin davam edəcəyinə hazır olun. Bu vəziyyətdən çıxış yolu görmürəm. Problem ondadır ki, keçən il erməni xalqı tarixi bir məğlubiyyətə uğradı. İnsanlar Ermənistanı tərk edirlər".

Kolerov İrəvanda son zamanlar daha çox KTMT məsələsinə toxunulmasına da reaksiya verib. Rusiyalı siyasətçi sözügedən təşkilatda Ermənistanla bağlı vahid fikrin olmadığını söyləyib.

Tural Tağıyev
Azvision.az


Teqlər: Kolerov   Ermənistan  





Xəbər lenti