Koronavirusla bağlı son vəziyyət necədir? - STATİSTİKA

  16 May 2021    Oxunub :1465
 Koronavirusla bağlı son vəziyyət necədir? -  STATİSTİKA
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 163 milyon 181 min 788 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 3 milyon 383 min 685 nəfərdir. İndiyədək 141 milyon 496 min 484 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, son sutka ərzində 677 mindən çox insan koronavirusa yoluxub. Virusdan ölüm halları 12 mindən çox olub.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 33 695 916 nəfər virusa yoluxub, 599 863 pasiyent dünyasını dəyişib. İkinci sırada Hindistan gəlir. İndiyədək ölkədə 24 684 077 nəfərdə virus aşkar edilib. Xəstələrdən 270 319 nəfər həyatını itirib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 15 590 613 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Onlardan 434 852 nəfəri vəfat edib.

Dördüncü yerdə qərarlaşan Fransada 5 863 839 yoluxma, 107 535 ölüm faktı qeydə alınıb. Siyahıda beşinci olan Türkiyədə 5 107 862 nəfər virusa yoluxub ki, onlardan 44 537-i ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Aytən Zəhra
Azvision.az

Teqlər: Koronavirus   Statistika