Dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olundu

Dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olundu
  16 May 2021    Oxunub:1374
Xocalı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları Goranboy rayonunun Ağcakənd qəsəbəsi ərazisində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Azvision.az -a bildirilib ki, rayonun müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıb.

Dayanma-durma qaydalarını kobud şəkildə pozan avtomobillərin sahibləri barəsində inzibati protokollar tərtib olunub.

Azvision.az


Teqlər: DİN   Polis   Reyd   Cərimə  





Xəbər lenti