“Beşiktaş” Türkiyə çempionu oldu

 “Beşiktaş” Türkiyə çempionu oldu
  16 May 2021    Oxunub:5223
Türkiyə Super Liqasında 2020/2021 mövsümünün qalibi müəyyənləşib.
Azvision.az xəbər verir ki, "Beşiktaş" komandası tarixində 21-ci dəfə ölkə çempionu olub.

Belə ki, 42-ci turda "qara qartallar" səfərdə "Göztəpə"ni 2:1 hesabı ilə məğlub edib. Bu qələbə sayəsində "Beşiktaş" xallarını 84-ə çatdırıb.

"Qalatasaray" klubu isə öz meydanında "Yeni Malatyaspor"a 3:1 hesabı ilə qalib gəlib. Lakin "Beşiktaş" qol nisbətində "Qalatasaray"ı geridə qoyaraq birinci pillədə qərarlaşıb. Nəticədə "qara qartallar" 4 ildən sonra çempion tituluna sahib olublar.

Reytinq cədvəlində ikinci yeri "Qalatasaray" tutub, "Fənərbağça" isə mövsümü üçüncü sırada tamamlayıb.



Azvision.az


Teqlər: Beşiktaş   Çempion  





Xəbər lenti