Bayden Netanyahu və Mahmud Abbasa zəng edib

Bayden Netanyahu və Mahmud Abbasa zəng edib
  16 May 2021    Oxunub:1114
ABŞ Prezidenti Co Bayden İsrailin Baş naziri Benyamin Netanyahu və Fələstin lideri Mahmud Abbasla telefon əlaqəsi saxlayıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, Bayden hər iki ölkə başçısı ilə telefon söhbətində İsrail-Fələstin münaqişəsini müzakirə edib.

Netanyahu ölkəsinin mülki şəxslərə zərər vermək istəmədiyini bildirib.

Fələstinin "Fatah" hərəkatının mərkəzi komitəsinin üzvü Hüseyn əş-Şeyx "Twitter" səhifəsində Baydenlə Mahmud Abbasın telefon danışığı barədə məlumat verib:

"Prezident Mahmud Abbasın ABŞ Prezidenti Cozef Baydenlə telefon danışığı olub. Telefon danışığı zamanı son tendensiyalar və bölgədəki vəziyyət müzakirə edilib".

Azvision.az


Teqlər: ABŞ   Bayden   İsrail   Fələstin  





Xəbər lenti