“Lester” tarixində ilk dəfə İngiltərə kubokunu qazandı

“Lester” tarixində ilk dəfə İngiltərə kubokunu qazandı
  16 May 2021    Oxunub:2611
Futbol üzrə İngiltərə kubokunun final görüşü keçirilib.
Azvision.az xəbər verir ki, turnirin həlledici matçında “Lester Siti” və “Çelsi” klubları üz-üzə gəlib.

"Lester Siti" Londondakı "Uembli" stadionunda 21 min tamaşaçının iştirakı ilə keçirilmiş final oyununda "Çelsi"yə minimal hesabla (1:0) qalib gəlib.

Oyunda yeganə qolu 63-cü dəqiqədə Yuri Tilemans vurub. Beləliklə, "Lester Siti" tarixində ilk dəfə İngiltərə kibokunun qalibi olub.

Azvision.az


Teqlər: “LesterSiti”  





Xəbər lenti