Prezidentin Şuşaya səfəri Türkiyə mediasında
Agentliyin səfərlə bağlı fərqli dillərdə yaydığı xəbərlərdə Azərbaycan dövlət başçısının mühüm mesajları əksini tapıb və informasiyalar orijinal fotolarla təqdim olunub.
“Haber global”, “TRT Haber”, “TRT avaz”, NTV telekanalları, İHA xəbər agentliyi, “Sabah”, “Akşam”, ”Milliyyət”, “Yeni şəfəq” və digər aparıcı qəzetlərin mövzu ilə bağlı yaydıqları materiallarda Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın füsunkar gözəlliyi, Qarabağın təbiətindən nadir görüntülər, festivalın əzəməti, şəhərdə aparılan quruculuq və abadlıq işləri informasiyalarda əksini tapıb.
Türkiyə mətbuatı 29 illik fasilədən sonra Şuşa şəhərindəki qədim məsciddə Ramazan bayramı namazının qılınmasını tarixi zəfərin qalibiyyəti, mühüm əhəmiyyətli hadisə kimi dəyərləndirib.
Azvision.az
Teqlər: Türkiyə Media Prezident Şuşa