Goranboyda ferma yanıb

Goranboyda ferma yanıb
  16 May 2021    Oxunub:3025
Goranboy rayonunun Goran qəsəbəsində yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 1440 m² olan fermanın yanar konstruksiyaları və içərisinə yığılan 60 ton ot bağlamasının 40 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti